AZ

Qətər İrandan atılan 17 ballistik raketi zərərsizləşdirdi

Qətərin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atıldığı bildirilən 17 ballistik raketi və 6 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.

KONRKET.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, hadisə günorta saatlarında baş verib. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri raket və dronları vaxtında aşkar edərək ələ keçirib. Rəsmi məlumatda vurğulanıb ki, həyata keçirilən müdaxilələr nəticəsində heç bir obyektə zərbə dəyməyib və dağıntı qeydə alınmayıb.

Qətər tərəfi insidentlə bağlı təhlükəsizlik vəziyyətinin nəzarət altında olduğunu və müvafiq qurumların hadisəni izləməyə davam etdiyini bildirib.\\Sfera.az 

Seçilən
99
1
konkret.az

2Mənbələr