Martın 10-u Rusiyanın Kurqan bölgəsində temperaturun -30 dərəcədən aşağı düşəcəyi gözlənilir.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə bölgənin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Kurqan (Qorğan) bölgəsində temperaturun -30 dərəcədən aşağı olacağı proqnozlaşdırılır.
Temperaturun kəskin şəkildə aşağı düşməsi, -26 ilə -31 dərəcə arasında dəyişməsi səbəbindən bəzi ərazilərdə buz bağlaması gözlənilir.
Bölgədə gündüz temperaturu mənfi 20 dərəcəyə çatacaq.