
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İsfahandakı nüvə obyektlərini qorumaq üçün İrana Amerika qoşunları göndərməyi düşünmədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “New York Post” qəzetinə müsahibəsi zamanı danışıb.
Tramp İranın yeraltı uran zənginləşdirmə qurğusunu qorumaq üçün ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı mümkün planlar barədə suala cavab olaraq bildirib:
“Biz bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın da deyilik”.