AZ

Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qətər Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə ölkədəki cari vəziyyətlə bağlı "yanıldıcı" video çəkib yayımlayan və yalan məlumatlar paylaşan 313 nəfəri həbs edib.Bizim.Media xəbər verir ki, Qətər DİN bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

 

Qeyd olunub ki, həbs olunanlara qarşı zəruri hüquqi və inzibati tədbirlər görülüb. Qurum vətəndaşları yalnız rəsmi mənbələrdən daxil olan məlumatlara inanmağa çağırıb.

Qətərin kibercinayətkarlıq haqqında qanununa görə, internetdə saxta məlumatların yayılmasına görə vətəndaşları 137 min dollara qədər cərimə və ya üç il müddətinə həbs gözləyir. Xarici vətəndaşlar bu cür cinayət törətdikdə ölkədən deportasiya edilə bilər.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
4
bizim.media

5Mənbələr