ain.az bildirir, Bizim media portalına istinadən.
"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək".Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Baş Prokurorluğunun bəyanatında deyilir.
"Bu xəbərdarlıq xaricdə yaşayan və müxtəlif yollarla ABŞ-İsrail qüvvələrinə rəğbət bəsləyən, onu dəstəkləyən və ya onunla əməkdaşlıq edən iranlılara ünvanlanıb", - deyə bəyanatda vurğulanır.
Qurum bəyan edib ki, yalnız müsadirə ilə kifayətlənilməyəcək, həmçinin sadiq olmayan vətəndaşlara qarşı "qanuna uyğun olaraq digər hüquqi tədbirlər" də görəcək.Qeyd edək ki, ölkə xaricində beş milyona qədər iranlı yaşayır ki, onların da əksəriyyəti ABŞ və Qərbi Avropa ölkələrindədir.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.