Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində iradəsi və potensialı ən yüksək səviyyədədir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran martın 9-da İrandan atılan ballsitik raketlə bağlı deyib.
O qeyd edib ki, Türkiyə gərginliyin daha da artmaması və münaqişələrin geniş əraziyə yayılmamasına böyük əhəmiyyət verir:
"İran başda olmaqla, bütün tərəflərə regional təhlükəsizliyi riskə atan və mülki əhalini təhlükəyə sala biləcək hərəkətlərdən uzaq durmalarına dair xəbərdarlığımızı bir daha güclü şəkildə təkrarlayırıq".
O, bu prosesdə ölkə vətəndaşlarından və media subyektlərindən təsdiqə ehtiyacı olan, ictimai təşviş yarada biləcək və dezinformasiya ehtiva edən məzmunlara qarşı həssaslıq göstərmələrini, yalnız rəsmi orqanların verdiyi açıqlamaları əsas götürmələrini xahiş edib.
Qeyd edək ki, martın 9-dan İrandan atılan ballistik raket Türkiyənin Qaziantep əyalətində NATO hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.