AZ

"Zirə" - "Kəpəz" matçında 4 qol vuruldu

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" səfərdə "Zirə" ilə bərabərə qalıb.

Azreform.info xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Zirə"nin qolunu Eren Aydın (5) və Ruan Renato (90+6) vurub. Qonaqların heyətində isə Rauf Hüseynli (32) və Dioqo Verdaska (51) fərqləniblər.

"Zirə" 39 xalla dördüncüdür. 17 xala malik "Kəpəz" isə onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.

Seçilən
80
50
azreform.info

10Mənbələr