AZ

ANONS VERİLDİ: ABŞ İranda quru əməliyyata BAŞLAYACAQ?

"ABŞ-ın İrana qarşı hərbi kampaniyası hələ ilkin mərhələdədir və yaxın vaxtlarda Tehranın nüvə potensialının tam məhv edilməsinə yönəlmiş maksimal güclü zərbələr mərhələsinə keçəcək".

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində bildirib.
 

Nazir vurğulayıb ki, Vaşinqton qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.


"Bu, yalnız başlanğıcdır. Biz hələ bu kampaniyaya, əslində tam başlamamışıq. Qarşıdakı mərhələ bu vəzifələri necə yerinə yetirəcəyimizi daha aydın göstərəcək", - deyə o qeyd edib.

Bundan əlavə, ABŞ Müdafiə Nazirliyindəki mənbələr Vaşinqtonun İranda quru əməliyyatına hazırlaşa biləcəyini bildiriblər. Buna səbəb kimi 82-ci çevik reaksiya hava-desant diviziyasının təlimlərinin qəfil ləğv edilməsi göstərilir.

Pentaqon nümayəndəsi isə ABŞ Silahlı Qüvvələrinin "nəyəsə hazırlaşdığını" təsdiqləyib.

Bizim.Media

Seçilən
89
1
bizim.media

10Mənbələr