AZ

İran: Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi mümkün deyil

İran: Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi mümkün deyil

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani Hörmüz boğazındakı qarşıdurmalar səbəbindən axsayan gəmi hərəkəti ilə bağlı çıxış edərək, ABŞ və İsrailin bölgədə başlatdığı müharibə alovu nəticəsində boğazda təhlükəsizliyin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirib.

AFN.az xəbər verir ki, Laricani Hörmüz boğazındakı gərginliyin və dəniz nəqliyyatındakı fasilələrin birbaşa ABŞ və İsrailin fəaliyyətləri ilə bağlı olduğunu vurğulayıb. O, mövcud vəziyyəti dəyərləndirərkən qeyd edib ki, bölgədəki qeyri-sabitlik məhz bu müharibəyə dəstək verən tərəflərin planlarının bir hissəsidir.

İran rəsmisi həmçinin əlavə edib ki, yaranmış münaqişə mühiti strateji əhəmiyyətli su yollarında naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir və bu prosesin arxasında dayanan qüvvələr məsuliyyət daşıyırlar. Bu bəyanat regionda gərginliyin daha da artdığı bir dövrə təsadüf edir.

Seçilən
42
afn.az

1Mənbələr