Bakupost saytına istinadən ain.az xəbər verir.
Livanın "Hizbullah" hərəkatı İsraildə hərbi obyektə raket zərbəsi endirdiyini açıqlayıb.
Bakupost.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Livanın "Sawt Lubnan" radiosu yayıb.
Bildirilib ki, təşkilatın silahlı qanadı paytaxt Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin Ben-Qurion Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi hava bazasını hədəfə alıb.
Hücum zamanı yüksəkdəqiqlikli raketlərdən istifadə olunub. Raketlərin, həmçinin Təl-Əvivdən təxminən 24 km şərqdə yerləşən Ramla şəhərindəki hərbi bazanın komanda məntəqəsinə də düşdüyü iddia edilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.