AZ

İki güləşçimiz Avropa çempionatında finala yüksəlib

Serbiyada güləş üzrə U23 Avropa çempionatı start götürüb.

Milli.Az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Vasif Bağırov yarımfinalda Gürcüstan təmsilçisi Nikoloz Botçorişvilini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

79 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Səbuhi Əmiraslanov isə yarımfinalda gürcüstanlı Giorgi Qoqritçianini 4:1 hesabı ilə üstələyərək finala yüksəlib.

97 kq-da çıxış edən digər güləşçimiz Zəfər Əliyev yarımfinal mərhələsində ukraynalı İvan Primaçenkoya 2:6 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
31
1
milli.az

2Mənbələr