AZ

“Liverpul”da şok itki: “Qalatasaray”la oyunda olmayacaq

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin 10 martda İstanbulda keçiriləcək “Qalatasaray”la ilk oyununu buraxacaq.

"Ölkə.az" xəbər verir ki, futbolçu bazar ertəsi məşq zamanı narahatlıq hiss edib və məşqçilər onun sağlamlığını riskə atmamaq qərarına gəliblər.

Georgi Mamardaşvilinin “Qalatasaray”la oyunda start heyətində yer alacağı gözlənilir.

Bekker bu mövsüm 32 matçda 35 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt”ın məlumatına görə, onun hazırkı bazar dəyəri 17 milyon avrodur. Braziliyalı futbolçu 2018-ci ildən “Liverpul”da çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
4
olke.az

5Mənbələr