AZ

Əks halda rejimi yox edərik - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə İranla bağlı danışıb. O bildirib ki, İran xalqı çox ağıllı xalqdır, lakin hazırda ölkədə mövcud olan sistem yaxşı sistem deyil.

 

Tramp qeyd edib ki, ABŞ İran xalqına kömək etmək istəyir. Onun sözlərinə görə, Vaşinqton elə bir sistemin olmasını istəyir ki, bu sistem ABŞ üçün nə indi, nə də gələcəkdə təhdid yaratmasın.

 

“Biz bizə bir müddət deyil, heç bir zaman təhdid yaratmayacaq sistem istəyirik. Əks halda rejimi yox edərik”, – deyə Tramp bildirib.

Seçilən
65
herbiand.az

1Mənbələr