AZ

Avropada gənclər nədən qorxur?

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lüksemburqda gənclərin vəziyyəti ilə bağlı yeni hesabat göstərir ki, son illərdə gənclər arasında narahatlıq və sosial problemlər əhəmiyyətli dərəcədə artıb.

Lent.az  xəbər verir ki, Lüksemburq Universiteti tərəfindən hazırlanmış və “Onlayn və oflayn yaşamaq və böyümək” adlı 276 səhifəlik hesabat Lüksemburq Milli Təhsil Nazirliyinin sifarişi ilə hazırlanaraq martın 9-da təqdim olunub.

Hesabata görə, Lüksemburq gənclərinin 80 faizi hər gün sosial şəbəkələrdə iki saatdan çox vaxt keçirir, 68,5 faizi isə ay ərzində ən azı 20 gün bu platformalarda aktiv olur. Tədqiqatçılar, xüsusilə 12–15 yaşlı yeniyetmələrin daha həssas qrup olduğunu bildirir və onların smartfondan istifadəsinin tənzimlənməsinin vacibliyini vurğulayırlar. Bu nəticələr məktəblərdə mobil telefon istifadəsinə qoyulan qadağanın effektivliyini də təsdiqləyir.

Hesabatda, həmçinin gənclər arasında psixoloji problemlərin artdığı qeyd olunur. Bildirilir ki, gənclərin təxminən üçdə biri yorğunluq, baş ağrısı və əsəb gərginliyi kimi psixosomatik problemlərdən əziyyət çəkir. Narahatlıq, xüsusilə 16–29 yaş qrupunda daha çox müşahidə olunur və gənc qadınlar bu baxımdan gənc kişilərlə müqayisədə daha çox təsirlənir.

Gənclərin ən böyük qorxularından biri Avropada müharibə ehtimalıdır. Respondentlərin 80 faizi belə bir ssenaridən narahat olduğunu bildirib. Bundan başqa, onların 76 faizi ciddi xəstəlikdən, 74 faizi isə ətraf mühitin çirklənməsindən ehtiyat etdiyini qeyd edib.

Araşdırmanın nəticələri əsasında ölkədə gənclər siyasəti üzrə yeni milli fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Sənədin 2026-cı ilin sonuna qədər təqdim olunması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
lent.az

3Mənbələr