AZ

KİV: Trampın müşavirləri ona İranla müharibədən çıxış yolu tapmağı tövsiyə edirlər

KİV: Trampın müşavirləri ona İranla müharibədən çıxış yolu tapmağı tövsiyə edirlər

ABŞ Prezidenti Donald Trampın müşavirləri ictimai dəstəyi itirməmək üçün ona İranla müharibədən çıxış yolu axtarmağı tövsiyə edirlər.

AFN.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Amerika lideri Tehranın təslim olmaqdan imtina etməsinə təəccüblənir. Prezidentin ətrafı hesab edir ki, hərbi münaqişədən çıxış planı hazırlanmalı və bu, ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş hədəflərə çatmasının nəticəsi kimi təqdim edilməlidir.

Qəzet qeyd edir ki, İrana qarşı əməliyyata onsuz da yüksək olmayan ictimai dəstək, münaqişənin uzanacağı təqdirdə daha da azala bilər. Trampın qeyri-ştat iqtisadi müşaviri Stiven Mur bildirib ki, neft və qazın bahalaşması bütün digər sahələrdə də qiymət artımına səbəb olur ki, bu da onsuz da mövcud olan bahalıq problemini daha da dərinləşdirərək ciddi fəsadlara yol açacaq.

Analitiklər hesab edirlər ki, Ağ Ev "Epic Fury" əməliyyatını yaxın günlərdə dayandırmasa, ABŞ daxilində iqtisadi etiraz dalğası başlaya bilər.

Seçilən
73
afn.az

1Mənbələr