AZ

İndoneziyada məişət tullantıları poliqonundakı uçqunda 7 nəfər ölüb

Yağışlardan sonra uçqun baş verən İndoneziyanın ən böyük məişət tullantıları poliqonu "Bantargebanq"da axtarış-xilasetmə əməliyyatı başa çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə rəsmi nümayəndələrdən biri "Reuters" agentliyinə bildirib.

Qeyd olunub ki, hadisə nəticəsində 7 nəfər ölüb, onların hamısının cəsədləri aşkar edilib.

Hadisə noyabrın 8-də axşam saatlarında baş verib. Axtarış işlərinə 300-dən çox xilasedici, polislər, hərbçilər, könüllülər, ağır texnika və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdu.

Qeyd edək ki, "Bantargebanq" 35 milyon əhalisi olan Cakarta metropolisinin əsas məişət tullantıları poliqonudur. Poliqonun həddindən artıq yüklənməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq olunub. Ötən ilin sonlarında hökumət "Bantargebanq"ın ərazisini təmizləmək üçün tullantıların enerjiyə çevrilməsi layihəsini elan edib. Layihənin icrası üçün 2 il müddət müəyyənləşdirilib.

Seçilən
72
2
far.az

4Mənbələr