AZ

London Yaxın Şərqlə bağlı planını dəyişib

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Böyük Britaniya bölgədəki hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərməmək qərarına gəlib.

Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri baş nazirin ofisinin sözçüsünə istinadla məlumat yayıb.

Sözçünün sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı rəsmi qərar yoxdur”.

Xatırladaq ki, martın 7-də “Sky News” telekanalı özəl mənbəyə istinadən xəbər vermişdi ki, Böyük Britaniya hazırda Portsmutda yerləşən Uels şahzadəsinin adını daşıyan gəminin Yaxın Şərqdə yerləşdirilməsinə hazırlaşır.

ELÇİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
reyting.az

1Mənbələr