AZ

Müəmmalı qətl: Siyasi şərhləri ilə tanınan məşhur müğənni bıçaqlandı

Kanadada tanınmış müğənni və siyasi bloqer Nensi Qreval öz evində öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə martın 3-də axşam saatlarında Vindzor şəhərinin şəhərətrafı qəsəbəsində baş verib.

Təcili xidmət əməkdaşları 45 yaşlı Nensi Qrevalı evində çoxsaylı bıçaq xəsarətləri almış şəkildə aşkar ediblər. 100 mindən çox izləyicisi olan və kəskin siyasi şərhləri ilə tanınan bloqer dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Pəncab əsilli Qreval sosial media platformalarında Hindistan-Kanada münasibətləri barədə cəsarətli çıxışları ilə seçilirdi. O, Hindistandakı Xalistan müstəqillik hərəkatını kəskin tənqid edir, bəzi qurdvaralardakı (siqh məbədləri) qanunsuz fəaliyyətlər və hindu məbədlərinə hücumlar barədə mövzular qaldırırdı. Onun bu fəaliyyəti siqh icmasının bir hissəsi tərəfindən narazılıqla qarşılanırdı.

Seçilən
32
publika.az

1Mənbələr