AZ

Dünyada ən çox ballistik raketə sahib ölkələr: Azərbaycanın yeri…

Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, ballistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.

Raketlərin növləri və mənzilləri
Taktiki ballistik raket: 150 – 300 km

Qısa mənzilli (SRBM): 300 – 1.000 km

Orta mənzilli (MRBM): 1.000 – 3.500 km

Uzaq mənzilli (IRBM): 3.500 – 5.500 km

Qitələrarası (ICBM): 5.500 km-dən çox

Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:

Sıra Ölkə Raket Sayı Qeyd (Mənzil / Model)
1 ÇİN 3100 13.000 km mənzil
2 RUSİYA 1400 11.000 km mənzil
3 ABŞ 1300 16.000 km mənzil
4 Şimali Koreya 1000
5 İsrail 850
6 İran 800
7 TÜRKİYƏ 322 Tayfun, Bora, Yıldırım
8 Cənubi Koreya 190 800 km mənzil
9 Misir 190
10 Yunanıstan 165 300 km mənzil
11 Pakistan 126 2.500 km mənzil
12 Belarus 98 300 km mənzil
13 Hindistan 80 10.000 km mənzil
14 Böyük Britaniya 64 12.000 km mənzil
15 Fransa 64 6.000 km mənzil
16 Səudiyyə Ərəbistanı 40
17 Vyetnam 24
18 İraq 18
19 Yəmən 18
20 Rumıniya 16
21 Türkmənistan 16
22 Ermənistan 16
23 Bəhreyn 9
24 BƏƏ 6
25 Slovakiya 6
26 AZƏRBAYCAN 4
27 Liviya 3

Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:

Tayfun: Türkiyənin ən uzun mənzilli yerli ballistik raketi.

Bora – 1: Yüksək dəqiqlikli zərbə raketi.

J-600T Yıldırım (I və II): Taktiki ballistik raketlər.

ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.

Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.

Seçilən
88
28
nocomment.az

10Mənbələr