Misli Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, qapanış matçında lider "Sabah" "Qəbələ"ni qəbul edəcək.
Tərəflər ötən həftə Azərbaycan Kubokunda da üz-üzə gəlib.
İki oyunun nəticəsində qalib, penaltilər seriyası sonunda "Sabah" olmuşdu.
10 mart (çərşənbə axşamı)
19:15. “Sabah” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”