AZ

Premyer Liqa: Tura liderin oyunu ilə yekun vurulur

Bakı, 10 mart, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Saat 19:15-də start götürəcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Hazırda “Sabah” 53 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.

Seçilən
13
1
azertag.az

2Mənbələr