AZ

İranda 175 şagirdin öldüyü məktəbə atılan raket qalıqları ABŞ nişanlarını daşıyır - NYT

İranın cənubdakı Minab şəhərindəki qızlar məktəbinə dəydiyini iddia etdiyi raketin qalıqları Amerika sursatlarına uyğun izlər daşıyır.

Ucnoqta.az xəbər verir ki, The New York Times (NYT) bu barədə bazar ertəsi məlumat verib.

Nəşrin xəbərinə  görə, 28 fevralda dəniz bazasına və ibtidai məktəbə edilən ölümcül zərbələrin yerindən gəldiyi düşünülən raket qalıqları ABŞ qanadlı raketinə uyğun izlər daşıyır. 

Nəşr vurğulayıb ki, nümayiş olunan raket komponentlərində seriya nömrələri və ABŞ Müdafiə Nazirliyinin və onun təchizatçılarının sursatları necə təsnif etdiyinə və işarələdiyinə uyğun digər detallar var.
"Bunlar 2014-cü ildə və ya daha sonra istehsal olunmuş ABŞ istehsalı olan Tomahawk qanadlı raketinin qalıqları kimi görünür", - deyə nəşr bildirir.

O, vurğulayır ki, məktəbin yaxınlıqdakı dəniz bazasına yönəlmiş bir sıra ABŞ hücumlarının bir hissəsi kimi vurulduğuna dair getdikcə daha çox dəlil var.

Martın 2-də İran Təhsil Nazirliyi ən azı 175 müəllim və şagirdin öldürüldüyünü bildirib.

Seçilən
12
ucnoqta.az

1Mənbələr