Bu gecə müqəddəs Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.
Bakıvaxtı.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 10-dan 11-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə martın 12-dən 13-nə keçən gecəyə təsadüf edəcək.
Qədr gecəsi Allahın müqəddəs kitabı olan Qurani-Kərimin nazil olduğu gecədir.
Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.