AZ

Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

 

Jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib ki, İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yolla salınır:

“Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir”.

AzPost.az

Seçilən
15
49
azpost.info

10Mənbələr