AZ

Çindən İrana etiraz: Bu, hücumlar pislənilməlidir

Hərbi hücumlara məruz qalan İranın  ABŞ-ın bölgədə bazalarının yerləşdiyi Körfəz ölkələrini hədəf alması Çinin etirazına səbəb olub.

Ölkə.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında  deyilir.
Açıqlamada deyilir ki, bu fikir Çin xarici işlər naziri Vanq Yinin Küveyt xarici işlər naziri Cərrah əl-Əhməd əs-Sabah və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaninin  ilə telefon danışığı zamanı səsləndirilib.

Küveytli həmkarı Əs-Sabahla görüşü zamanı Vanq ABŞ və İsrailin İrana hücumlarının başlatdığı müharibənin bütün tərəflərə zərər verdiyini  qeyd edərək əlavə edib: “Körfəz dövlətlərinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməli və günahsız mülki şəxslərə və qeyri-hərbi hədəflərə edilən hər hansı bir hücum pislənilməlidir".
Bəhreynli həmkarı əl-Zəyani ilə görüşündə Vanq Çinin Körfəz bölgəsində sürətlə artan gərginlikdən dərin narahat olduğunu bildirib və əlavə edib: "Hərbi əməliyyatlar dərhal dayandırılmalı və münaqişənin daha da şiddətlənməsinin qarşısı alınmalıdır. Əsas həll yolu hər kəsin beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas normalarına riayət etdiyi doğru yola qayıtmaqdır".

Vanq vurğulayıb ki, Çin Körfəz ölkələrində strateji tərəfdaş və məsuliyyətli böyük dövlət kimi münaqişələrin dayandırılmasını və sülhün bərqərar olmasını fəal şəkildə dəstəkləyir və Körfəz bölgəsində sülh və sabitliyin əldə edilməsində konstruktiv rol oynamağa davam edəcək.

 Mürtəza

Seçilən
29
1
olke.az

2Mənbələr