AZ

Media: Şimali Kiprdə F 16 ların dislokasiyası Afina və Parisə cavabdır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ankara, 10 mart, AZƏRTAC

İran ətrafında gərginliklə əlaqədar Ankaranın Şimali Kiprdə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirmək qərarı, əslində, Yunanıstanın adanın cənubuna dörd hərbi təyyarə və iki freqat dislokasiyasına cavab idi. Fransa hakimiyyəti də Afinanın xahişi ilə Cənubi Kipr sahillərinə iki freqat göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Türkiyənin “Hürriyet” qəzetinə görə, Ankara Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Lefkoşadakı Ercan Beynəlxalq Hava Limanında yerləşdiyini qeyd edib.

Qəzet vurğulayıb: “1974-cü ildən bəri ilk dəfədir ki, Türkiyə Kiprdə uzunmüddətli əsasda hərbi təyyarələr yerləşdirir”. Daha sonra qeyd edilir ki, Ankaranın bu qərarı adanın cənub-qərb hissəsindəki Baf (Pafos) yaxınlığındakı hava bazasında Fransa və yunan Kipri liderləri arasında keçiriləcək zirvə görüşündən əvvəl verilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
3
azertag.az

4Mənbələr