AZ

Bu ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilər

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi Tehran qlobal enerji daşımalarının əsas marşrutu hesab olunan Hörmüz boğazından keçidlə bağlı növbəti qərarını bəyan edib. İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayılan rəsmi açıqlamada strateji su yolundan istifadə edə biləcək ölkələr üçün konkret tələb irəli sürülüb.Demokrat.az bildirir ki, yeni qaydaya əsasən, öz ərazilərindən İsrail və ABŞ səfirlərini qovan ərəb və ya Avropa ölkələri Hörmüz boğazından keçid zamanı tam sərbəstlik əldə edəcəklər. Bu addım regionda artan hərbi gərginlik fonunda İranın tətbiq etdiyi növbəti diplomatik və hərbi təzyiq rıçağı kimi qiymətləndirilir.Qeyd edək ki, son günlər İran rəsmiləri tərəfindən boğazın statusu ilə bağlı ziddiyyətli açıqlamalar verilib. Martın əvvəlində bəzi komandirlər boğazın tamamilə qapandığını və keçməyə çalışan gəmilərə hücum ediləcəyini bildirsə də, digər rəsmilər beynəlxalq protokollara tabe olan gəmilərin hərəkətinə icazə verildiyini iddia ediblər.Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən üçdə birinin və mayeləşdirilmiş təbii qazın mühüm hissəsinin keçdiyi ən kritik su yoludur. Cəmi 33 kilometr eni olan bu dar keçid, Fars körfəzindəki neft istehsalçılarını açıq dənizlərə bağlayan əvəzedilməz qapı hesab olunur. Boğazda yaranan hər hansı maneə dünya enerji bazarlarında dərhal qiymət artımına və ciddi iqtisadi dalğalanmalara səbəb olur.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
demokrat.az

1Mənbələr