AZ

Tehranda kimyəvi təhlükə: Sakinlər evdən çıxa bilmir

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İsrail ordusunun Tehrandakı neft obyektlərinə endirdiyi hava zərbələrindən sonra İran paytaxtının səması qara tüstü ilə örtülüb. 

Hücumların səbəb olduğu partlayışlar nəticəsində atmosferə yayılan zəhərli maddələr şəhərdə “neft qarışıqlı zəhərli yağışın” yağmasına səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, “NBC News”-a danışan Tehranın sakinləri qalın tüstü səbəbindən evlərindən çıxa bilmədiklərini və nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər. Şəhər sakinləri günorta saatlarında belə qaranlığın çökdüyünü qeyd edərək havada kəskin yanıq qoxusu və ağızda acı dad hiss olunduğunu deyiblər. 

İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı partlayışlardan sonra havaya böyük miqdarda toksik hidrokarbon, kükürd və azot oksidlərinin yayıldığı barədə əhaliyə xəbərdarlıq edib. Açıqlamada yağıntıların yüksək dərəcədə turşu və təhlükəli ola biləcəyi, bunun dəridə kimyəvi yanıqlara və ciddi ağciyər zədələnməsinə səbəb ola biləcəyi bildirilib. 

Vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub. Tehranın şimalındakı Təcriş və şimal-qərbindəki Şahran bölgələrində yerləşən neft anbarlarında baş verən yanğınların kilometrlərlə uzaqdan göründüyü qeyd olunur. 

Bəzi küçə və prospektlərdə isə qara neft təbəqəsinin toplandığı müşahidə edilib. İran Xarici İşlər Nazirliyi hücumları “qəsdən həyata keçirilən kimyəvi müharibə” kimi qiymətləndirib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr