AZ

Evinə güllə atılan Rihanna qaçdı

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Dünyaca məşhur müğənni Rihannanın Los-Ancelesdəki malikanəsinə edilən silahlı hücumdan sonra ailənin evdən ayrıldığı məlum olub.

Ölkə.az xəbər verir ki, hücumla bağlı saxlanılan 35 yaşlı İvanna Ortizin sosial media paylaşımları isə hücumun səbəbinə dair diqqətçəkən detalları üzə çıxarıb.

Amerikanın "New York Post" qəzetində yer alan xəbərə görə, hücumdan sonra məşhur cütlüyün işçilərinin bazar ertəsi günü çox sayda çamadanı lüks avtomobillərə yüklədiyi görülüb.

Ailənin hazırda harada qaldığı və şəhərdən ayrılıb-ayrılmayacaqları hələlik məlum deyil.

Xatırladaq ki, pop ulduz Rihanna və repçi A$AP Rokkinin övladları ilə birlikdə yaşadıqları Los-Ancelesdəki malikanələri silahlı hücumun hədəfi olub.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
olke.az

3Mənbələr