BAKI, 10 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Şimali İraq Kürd Muxtariyyətinin ərazisindəki Hərir hərbi bazasına raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat verib.
Açıqlamada hərbi bazaya ümumilikdə beş raketin atıldığı qeyd olunub.