AZ

Araqçidən XƏBƏRDARLIQ: A planı iflasa uğradı - VİDEO

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ni Tehrana qarşı ölkədə sürətli hakimiyyət dəyişikliyi planlarının uğursuzluğa düçar olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, əvvəlcə məqsəd “bir neçə gün ərzində sürətli və təmiz qələbə” əldə etmək idi.

“Onlar iki-üç gün ərzində hakimiyyət dəyişikliyinə və tez bir zamanda qələbəyə nail ola biləcəklərini düşünürdülər, amma uğursuz oldular. A planı uğursuz oldu. İndi onlar başqa planları həyata keçirməyə çalışırlar, amma eyni zamanda uğursuzluğa düçar olurlar”, - deyə İran XİN rəhbəri vurğulayıb.

Araqçi həmçinin bildirib ki, İranın rəqiblərinin “münaqişəni başa çatdırmaq üçün real ssenarisi yoxdur”.

Nazirin sözlərinə görə, ölkəyə qarşı hücumlar açıq strategiya olmadan davam edir.

O, ABŞ-la danışıqların artıq nəzərdən keçirilmədiyini də qeyd edib:

“Amerikalılarla danışıqlar aparmaqda çox acı bir təcrübə yaşadıq. Onlar bizə hücum etməyəcəklərinə söz verdilər. Danışıqlarda irəliləyiş olduğunu elan etdikdən sonra belə, yenə də hücum etmək qərarına gəldilər”, - deyə Araqçi əlavə edib.

Musavat.com

Seçilən
101
50
musavat.com

10Mənbələr