AZ

İranı Araqçının Cenevrədə dediyi bu sözlərə görə vurublar?! "10 bomba" söhbətinin haradan çıxdığı aydınlaşdı - VİDEO

İranın xarici işlər naziri Abbas Araqçi Cenevrədəki danışıqlara dair diqqətçəkən açıqlama verib. O bildirib ki, 26 fevralda Cenevrədə baş verənlərin həqiqəti tezliklə xalqa aydın olacaq.

Musavat.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Araqçi vurğulayıb ki, Cenevrə görüşündən sonra qarşı tərəfin rəhbərlərinə nə məlumat çatdırdıqlarını bilmir:

“26 fevralda Cenevrədə görüşdüyümüz zaman əhəmiyyətli irəliləyiş əldə etmişdik. Onlar əsaslandırıla bilməyən bir təcavüzkar hərəkəti haqlı çıxarmağa çalışırlar və buna görə bəhanə axtarırlar”.

O əlavə edib ki, heç vaxt İranın atom bombası hazırlamaq niyyətində olduğunu deməyib:

“Sadəcə bildirmişdim ki, bizim 440 kiloqram 60 faiz zənginləşdirilmiş materialımız var və bu heç kimə sirr deyil. Dedim ki, əgər bu material daha çox zənginləşdirilsə, sizin ekspertlərin hesablamalarına görə, təxminən 10 bomba hazırlamaq üçün kifayət edə bilər. Daha sonra isə vurğuladım ki, biz bu materialı təhvil verməyə, zəiflətməyə və zənginlik səviyyəsini azaltmağa hazırıq”. 

İran XİN rəhbəri qeyd edib ki, qarşı tərəfin bu açıqlamaları necə şərh etdiyi məlum deyil:

“Bəlkə kifayət qədər məlumat çatışmazlığına görə, bəlkə də dediyim kimi, təcavüz aktını haqlı çıxarmaq istədiklərinə görə belə şərh ediblər”.

Musavat.com

Seçilən
17
1
musavat.com

10Mənbələr