AZ

Həyat çətinləşib: Ruslar kütləvi surətdə belə bir iş axtarırlar

Bu bahar rusiyalıların üçdə birindən çoxu yarımştat iş axtarmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Rabota.ru" və "Podrabotka" servislərinin analitikləri tərəfindən keçirilmiş sorğunun nəticələrində qeyd olunub.

Bildirilir ki, tədqiqat 23-26 fevral tarixlərində aparılıb və orada müxtəlif yaş kateqoriyalarından olan ümumilikdə 3,2 mindən çox vətəndaş iştirak edib.

Məlum olub ki, respondentlərin 38 faizi mart-may aylarında əlavə iş axtarmaq niyyətindədir. Bu tip planlar barədə ən çox tikinti sahəsinin (45 faiz) və pərakəndə ticarətin (40 faiz) nümayəndələri bildiriblər.

Əlavə qazanc mənbəyi tapmaq istəyini həmçinin aqrar sənaye, nəqliyyat və loqistika, təhsil və elm, mühasibatlıq sahələrinin əməkdaşları da aktiv şəkildə qeyd ediblər (hər biri üzrə 33 faiz).

Seçilən
76
publika.az

1Mənbələr