Türk Dövlətləri Təşkilatının (TDT) rəqabət orqanları rəhbərlərinin üçüncü iclasının tarixi açıqlanıb.
"Far.Az" xəbər verir ki, Şuşada keçirilməsi nəzərdə tutulan toplantı cari il iyunun 12-13-də baş tutacaq.
Qeyd edək ki, bundan əvvəlki iclaslar Türkiyə və Macarıstanda keçirilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.