AZ

Xaricdə təhsil üçün dövlət proqramına sənəd qəbulu başlayır – Tarix AÇIQLANDI

"Bu gün seçilən namizədlər dövlət proqramında iştirak edir və həmin proqram vasitəsilə dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar:

AzEdu.az xəbər verir ki, bu sözləri DPİQ layihə rəhbəri Qədir Xəlilov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

"Onlar orada Azərbaycan reallıqlarını təqdim edir, təhsillərini başa vurduqdan sonra isə geri qayıdaraq ölkəmiz üçün çalışırlar. Əminəm ki, bu proqram çərçivəsində yetişən gənclər gələcəkdə də Azərbaycanın inkişafına töhfə verənlər sırasında olacaqlar.

Hesab edirəm ki, bu baxımdan bu gün həqiqətən də tarixi bir gündür. Çünki artıq yaxın vaxtlarda proqramın növbəti mərhələsi başlayacaq. Təxminən bir ay sonra 15 aprel tarixində sənəd qəbulu başlayacaq.
Mən sizi və sizin vasitənizlə digər gəncləri də bu proqramda fəal iştirak etməyə çağırıram. Proqramda iştirak qaydaları ilə bağlı bütün məlumatlar təqdimatda ətraflı izah olunacaq".

Seçilən
38
azedu.az

1Mənbələr