AZ

Tahir İmanov jurnalistləri təhqir etdi

Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov jurnalistləri təhqir edib və öz aləmində media nümayəndələrinə aşağılacayı ayama qoşub.

Publika.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Aktyor vida və dəfn mərasimlərində çəkiliş aparan jurnalistləri “qəbjur” adlandırıb:

“Əgər yadınızdadırsa, Cabir dünyasını dəyişəndə mən bir çoxlarına müraciət etdim ki, hörmətli jurnalistələr, hər halda onlar özlərini belə adlandırır. Ona görə mən də belə dedim. Xahiş etdim ki, qəbri çəkməyin, qəbrin içinə girməyin. Amma görürəm ki, bu mövzu hələ də gündəmdədir, hələ də aktualdır. Bəzi jurnalistlər hələ də mənim xahişimi yerinə yetirmir. Qəbristanlıqda şəkil çəkən jurnalistlər. Biz onlara qısaca olaraq “qəbjur” deyək. Həmin o “qəbjur”lara yenə də müraciət edirəm ki, mənim ailəmin şəxsi həyatına daxil olmayın”.

T.İmanov jurnalistlərlə heç bir əlaqə qurmaq istəmədiklərini bildirib:

Seçilən
37
2
publika.az

7Mənbələr