AZ

Avstraliya İran millisinin futbolçularına sığınacaq verəcək

Avstraliya İranın qadın futbol millisinin üzvlərinə sığınacaq verməyə razılaşıb.

“Cebheinfo.az” xəbər verir ki, dünən Avstraliyanın daxili işlər naziri Toni Bruk İranın milli qadın futbol komandasının üzvləri ilə görüş keçirib.

Görüş zamanı nazir bildirib ki, qadın futbolçular ölkəsində qalmaq qərarına gəlsələr, Avstraliya onlara sığınacaq verməyə hazırdır.

Toni Bruk bu açıqlamanı iranlı futbolçularla çəkdirdiyi bir neçə şəkli paylaşaraq edib. O bildirib ki, Avstraliya hökuməti iranlı qadın futbolçular ölkədə qalarkən onların təhlükəsizliyini təmin edəcək. 

Bu addım, İranın qadın futbolçularının ölkəyə qayıtması ilə bağlı narahatlıqlar, o cümlədən İslam Respublikası tərəfdarlarının açıq təhdidlərinə cavab olaraq atılıb.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp da qadın futbolçulara sığınacaq verilməsi üçün Avstraliyaya müraciət edib.

İran Futbol Federasiyası isə FIFA-ya göndərdiyi mesajda bu məsələyə münasibət bildirərək ABŞ-nin mövqeyini "futbol işlərinə açıq-aşkar siyasi müdaxilə" kimi dəyərləndirib.

Seçilən
36
cebheinfo.az

1Mənbələr