"Şahdağ" Turizm Mərkəzində keçirilmiş xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yüksək səviyyədə təşkil olunub.
Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova açıqlamasında bildirib.
O, ölkəmizin ilk dəfə xizək alpinizmi üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladıb:
"Həm də ikinci dəfə Dünya Kubokunu təşkil etdik. Ötən ilin yanvarında da bu yarış baş tutmuşdu. Hər iki yarış çox yaxşı keçdi. 18 ölkə və neytral idmançılar turnirə qatılmışdı. Ümumilikdə isə 124 idmançı iştirak edirdi. Ölkəmizə gələn xizəkçilər, rəsmi şəxslər Azərbaycanın yaxşı yarış təşkil etdiyini bildirdilər. "Şahdağ" Turizm Mərkəzindəki infrastrukturu, Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Hələ də qonaqlardan xoş sözlər eşidirik".
G.Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının da turnirdən razı qaldığını vurğulayıb:
"Beynəlxalq Xizək Alpinizmi Federasiyası da yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Turnirin bütün standartlara uyğun gerçəkləşdiyini söyləyiblər. Gələn il bizi həmin idman növü üzrə dünya çempionatı da gözləyir".