AZ

İsraildən Livana son xəbərdarlıq: "Litani çayını keçin, yoxsa gec olacaq"

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yaşayan mülki əhaliyə müraciət edərək, hərbi əməliyyatların kəskinləşməsi səbəbindən yaşadıqları əraziləri dərhal tərk etmələri barədə növbəti sərt xəbərdarlıq yayıb.

Musavat.com xəbər verir ki, İsrail komandanlığının bir neçə dəfə təkrarladığı bu rəsmi göstəriş onlarla yaşayış məntəqəsini, o cümlədən Sur və Bint Cubeyl kimi strateji şəhərləri əhatə edir.

Ordu rəsmiləri bildirib ki, mülki şəxslərin təhlükəsizliyi üçün onlar Litani çayının şimal hissəsinə qədər uzaqlaşmalıdırlar.

"Hizbullah" qruplaşmasının mövqelərinə qarşı planlaşdırılan intensiv zərbələr və mümkün quru əməliyyatları fonunda verilən bu əmr bölgədəki gərginliyin pik həddə çatdığını göstərir.

İsrail tərəfi xəbərdarlıq edib ki, döyüş bölgəsində qalan hər kəs öz həyatını ciddi riskə atmış olur, çünki ÇAXAL terror infrastrukturunu məhv etmək üçün hərbi gücünü maksimum dərəcədə tətbiq etmək niyyətindədir.

Hazırda minlərlə livanlının bölgəni tərk edərək şimala doğru hərəkət etdiyi, yollarda böyük tıxacların və humanitar gərginliyin yarandığı bildirilir.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr