AZ

Bu ölkədə hərbi xidmət məcburi oldu

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xorvatiyada məcburi hərbi xidmət yenidən tətbiq edilib.

İlk mərhələdə 800 nəfər hərbi xidmətə çağırılıb və təlim 2 ay davam edəcək.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, proqrama ənənəvi hərbi hazırlıqla yanaşı dron idarəetməsi, dronlardan müdafiə və kibertəhlükəsizlik də daxildir. 

İştirakçıların yarıdan çoxu könüllüdür, qadınlar isə ümumi sayın 10 faizini təşkil edir.

Rəsmilər bildirir ki, qərar Ukrayna müharibəsi və regionda artan təhlükəsizlik riskləri səbəbindən qəbul olunub.

Xorvatiya il ərzində 4000 hərbçi hazırlamağı planlaşdırır.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr