AZ

Bakıda kirayə qiymətləri niyə artır? Deputat danışdı

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“2024–2025-ci illərdə kirayə qiymətlərində 7–8 faiz artım baş verib”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

“Qiymətlərin bahalaşması əsasən əhalinin böyük hissəsinin Bakıya cəmləşməsi və bu meylin davam etməsi ilə bağlıdır.

Bu vəziyyət fonunda mənzil qiymətlərində də ciddi artım müşahidə olunur. Nəticədə insanların böyük bir hissəsi ev almaq planından imtina etməli olur və kirayə mənzillərə üstünlük verir”,-deyə o əlavə edib.

Razi Nurullayevin sözlərinə görə, kirayə sahəsinin vergiyə cəlb olunmasının səbəblərindən biri də bu sahədə mövcud olan kölgə iqtisadiyyatını aradan qaldırmaqdır:

“Məqsəd kirayə sektorunun vergiyə cəlb edilməsi və dövlətin kirayə bazarı ilə bağlı statistik göstəricilər üzərində daha dəqiq nəzarət həyata keçirməsidir”.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr