AZ

İran Almaniyaya aid hərbi düşərgəyə zərbə endirdi

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İran İordaniyada yerləşən Al-Azraq aviabazasındakı Almaniyanın hərbi səhra düşərgəsinə raket zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Məlumata görə, İrandan bazaya bir neçə ballistik raket atılıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Çünki Bundesverin bütün hərbçiləri əvvəlcədən sığınacaqlara yerləşdirilib.

Hazırda düşərgə ərazisinə raketlərin özlərinin, yoxsa hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində yaranan qalıqların düşdüyü hələlik dəqiqləşdirilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
4
bakivaxti.az

5Mənbələr