Şairə Zəhra Bədəlbəyli “Avroviziya” mahnımız “Just go” haqqında fikirlərini bölüşüb.
Musavat.com xəbər verir ki, şairə sosial mediada mahnıya etiraz edib:
“Sadəcə təəssüf! O boyda əziyyəti bu yerə gətirdiniz. Mənim Azərbaycanım buna layiq deyil! “Avroviziya” mahnı müsabiqəsinin uşaqlıqdan pərəstişkarıyam. Sonradan isə tale elə gətirdi ki, onun mütəxəssislərindən biri oldum. Çünki seçim turlarının təşkilatçısından tutmuş şair, münsif, tur menecer, rejissor və s. vəzifələri yerinə yetirmişəm. Komanda! Komanda! Komanda! Çox vacib və əsas amildir! Peşəkar komanda olmasa, komandaya rəhbərlik edən peşəkar insan olmasa, heç nə alınmayacaq! İstedadlı ifaçı işin 10 faizidir. Yaxşı mahnı hardasa 30 faizi. 20 faiz səhnə quruluşu, qalan 50 faiz isə məhz peşəkar hazırlıqdan asılıdır. Həm mahnının yazılma prosesi, həm konseptual yanaşma – hər bir xırdalıq vacibdir. Xalqımız o qədər istedadlı xalqdır. Bu istedadlı ifaçıları niyə atəşə atırsınız? Niyə onlar bu neqativi yaşamalıdır? Niyə biz peşman olaraq bu müsabiqənin adını çəkməliyik?”
Könül
Musavat.com