AZ

YAP Zəngilan rayon təşkilatında partiya veteranlarının yubileylərinə həsr olunmuş tədbir keçirilib -Fotolar



Martın 10 -da Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında partiya veteranlarının yubileylərinə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədovun və partiyanın fəal üzvü, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik, həmçinin Zəngilan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilat sədri Möhübbət Səmədovun 65 illik yubileyləri qeyd olunub.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək yubilyarları təbrik edib, onların mənalı ömür yolu və rayonun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs edib. O, vurğulayıb ki, hər üç yubilyar uzun illərdir partiyanın sıralarında sadiq fəaliyyət göstərir, gənc nəslə nümunə olan fəal üzvlər kimi tanınırlar. Rayon təşkilatının sədri yubilyarlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən yubilyarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduqlarını qeyd ediblər.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və yubileyləri münasibətilə Ənvər Məmmədov, Bayram Məmmədov və Möhübbət Səmədov YAP Zəngilan rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmiş və xatirə hədiyyəsi təqdim edilmişdir.



Seçilən
33
aia.az

1Mənbələr