AZ

Xocalının 8 kəndində elektrik şəbəkəsi yenilənəcək 8 milyonluq LAYİHƏ

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərişıq" ASC Xocalı rayonunda bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yenidən quracaq.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində Xocalı rayonunun Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük kəndlərində xarici və daxili elektrik şəbəkələri tam yenidən qurulacaq.

Layihə çərçivəsində bu yaşayış məntəqələrində 35 kV və 0,4 kV gücündə elektrik ötürücü infrastrukturunun qurulması və kəndlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 8 milyon 107 min manat təşkil edir.

Qeyd edək ki, layihənin əsas məqsədi Xocalı rayonunda bərpa olunan yaşayış məntəqələrində müasir və etibarlı elektrik infrastrukturunun yaradılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
baku.ws

2Mənbələr