AZ

“Liverpul” Alonso ilə anlaşıb

“Liverpul” gələcək baş məşqçisi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə əməkdaşlıq barədə razılığa gəlib. 44 yaşlı məşqçi 2025/26 mövsümünün sonunda komandanın başına keçəcək.

Alonso bu vəzifədə hazırkı baş məşqçi Arne Slotu əvəzləyəcək.

“Liverpul” hazırda Premyer Liqada 48 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
7
idmanxeber.az

1Mənbələr