AZ

Deputat: "Prezidentin İranın yeni seçilmiş Ali dini liderini təbrik etməsi Azərbaycanın qonşuluq münasibətlərinə sadiq olduğunu bir daha təsdiq edir"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəxalq siyasəti hamıdan yaxşı bilir, İranla bağlı siyasəti də dövlətimizin və xalıqmızın milli maraqları üzərindən həyata keçirir. Bu baxımdan, Prezident Məsud Pezeşkianın telefon zəngindən sonra dronla bağlı məsələnin diplomatik müstəvidə həll olunması və iki ölkə arasındakı münasibətlərin qorunub saxlanılması prioritet hesab olunub".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

"Prezident Məsud Pezeşkian dronla bağlı məsələni araşdıracağını və müvafiq addımların atılacağını bildiridi. Bu gün İran müharibə içərisindədir. Bu baxımdan, müharibə gedən ölkədə qonşu ölkələrlə münasibətləri pozmaq və müharibənin coğrafiyasının genişlənməsini istəyən qüvvələr ola bilər. Yəni hesab edirəm ki, Naxçıvana dron hücumu ilə bağlı yaranmış mübahisəli məsələ ədalət və qarşılıqlı hörmət əsasında həll olunacaq. Prezident İlham Əliyevin İranın yeni seçilmiş Ali dini liderini təbrik etməsi, bu gün də humanitar yardımın göndərilməsi Azərbaycanın qonşuluq münasibətlərinə sadiq olduğunu, sülhsevərliyini və müharibə arzulamadığını bir daha təsdiq edir. Bəzi radikal qüvvələr hər bir vəziyyətdən istifadə edərək dövlətin apardığı uğurlu siyasətinə kölgə salmağa çalışırlar. Amma onlar heç nəyə nail ola bilməyəcək və çirkin niyyətləri ancaq özlərinin ürəklərində qalacaq", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Mart 2026, 12:43   
Seçilən
67
pravda.az

1Mənbələr