AZ

Tramp yenidən Rza Pəhləvinin hakimiyyətə gəlməsinə qarşı çıxdı – VİDEO

ABŞ Prezidenti Donald Tramp Rza Pəhləvinin İranda hakimiyyətə gəlməsi ilə bağlı suala cavab verib. 

NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidenti bəyan edib ki, bəzi dairələr Rza Pəhləvini İranın siyasi proseslərinə mümkün iştirakçı kimi müzakirə edirlər. Lakin Trampın sözlərinə görə, Pəhləvi uzun illərdir ölkədə yaşamır və daxili siyasətə birbaşa qatılmır.

Bundan əlavə, Ağ Ev rəhbəri bildirib ki, Vaşinqtonun “indi işləyən bir formulu” var. O, nümunə kimi Venesuela vəziyyətini göstərərək vurğulayıb ki, oxşar yanaşma gələcəkdə də davam etdirilə bilər.

Prezident həmçinin mövcud münaqişələrin başa çatma perspektivlərinə toxunub. O qeyd edib ki, müharibənin bu həftə ərzində bitməsi ehtimalı azdır, lakin yaxın gələcəkdə sona çatması mümkündür.

Aliyə
NOCOMMENT.az

Seçilən
53
nocomment.az

1Mənbələr