AZ

Azərbaycanda ötən gün 49 cinayətin açılması təmin edilib

Azərbaycanda ötən gün 49 cinayətin açılması təmin edilib

Martın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 21-i borclu şəxs qismində, 3-ü itkin düşmüş kimi, 8-i isə dələduzluğa görə axtarışda olan şəxslərdir.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 2 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən daha 38 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
142
35
afn.az

10Mənbələr