AZ

Qazaxıstan klubunun məşqçisi "Qarabağ"da təcrübə keçir

Qazaxıstan "Akas"ının baş məşqçisi Dovran Kenjaxunov “Qarabağ”da şəxsi təcrübə keçir.

"Football-plus.az" xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.

Qazaxların qeyd etdiyi kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun dəvəti ilə məşqçiyə klubun bütün iş proseslərinə tam giriş imkanı verilib:

"Təcrübə müddətində Kenjaxunov əsas komandanın məşq prosesində, nəzəri dərslərdə, oyun təhlilində, məşqçi heyətinin işində, oyunçuların fiziki hazırlıq sistemində, tibbi dəstəkdə və oyunçuların bərpasında iştirak edir. Təcrübə proqramı bir ay müddətinə planlaşdırılıb və ona klubun Avropa futbolunun yüksək səviyyəsində fəaliyyətini ətraflı şəkildə anlamağa imkan verilir. "Qarabağ"a və şəxsən Qurban Qurbanova etibarlarına, açıqlığına və peşəkar təcrübə mübadiləsi imkanına görə təşəkkür edirik".
Seçilən
49
1
football-plus.az

2Mənbələr